USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
XİN: İtaliyanın Albano gölündə batmış tələbənin axtarışları davam etdirilir

İtaliyanın Albano gölündə batmış azərbaycanlı tələbənin axtarış işlər davam etdirilir.

Bunu APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H. Hacıyev bildirib ki, 2 iyun tarixində Roma vaxtı ilə 18:00 radələrində Roma şəhərindən 25 km uzaqlıqda yerləşən Albano gölündə bir Azərbaycan vətəndaşının itkin düşməsi barədə məlumat daxil olub: “Məsələ ilə bağlı Azərbaycanın İtaliyadakı səfirliyinin konsulluq məsələlərinə məsul əməkdaşı hadisə yerinə ezam edilib. O, İtaliyanın polis xidməti, xilasetmə və təcili yardım qrupu əməkdaşları ilə təmaslar quraraq hadisənin səbəbləri, mövcud vəziyyət, itkin düşmüş şəxsin kimliyi barədə məlumat alıb. Məlum olub ki, İtaliyada təhsil alan iki nəfər azərbaycanlı tələbə Albano gölünə gedib. Göldə katamaranda hərəkətdə olarkən onlardan biri - Elnur Babayev göldə üzməyə çalışıb. Onun yanında olan digər tələbənin verdiyi məlumata görə, Elnur Babayev üzə bilməyib və dostunun xilas cəhdlərinə baxmayaraq, batıb”.

H. Hacıyev deyib ki, məsələ ilə əlaqədar Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə hadisə yerinə dəfələrlə baş çəkib, hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşlər keçirib və hadisə yerinə dalğıc xidmətinin cəlb olunması təmin edilib: “Bu göl tektonik göldür. Onun dibi və relyefi mürəkkəb quruluşa malikdir, bu isə axtarış işlərini çətinləşdirir. Bu günə qədər də İtaliyanın xilasedici qrupu tərəfindən axtarış işləri davam etdirilir. Elnur Babayevin ailəsinə də hadisə barədə məlumat verilib. Onun atasının İtaliyaya gəlməsi və hadisə yerinə baş çəkməsi təmin olunub. İtaliyadakı səfirlik konsulluq xidməti çərçivəsində baş vermiş hadisə ilə əlaqədar bütün lazımı tədbirləri və səyləri görməkdədir”. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!