USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“ASAN Könüllüləri” təşkilatına yeni sədr seçilib

"ASAN Könüllüləri" təşkilatının ümumi yığıncağı keçirilib. Təşkilatdan verilən məlumata görə, dövlət himni səslənməsi və Vətənin müdafiəsi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin ehtiram sükutuyla yad edilməsindən sonra yığıncaq öz işinə başlayıb.

Tədbiri giriş sözü ilə açan "ASAN Könüllüləri" təşkilatının sədri Fərid Sadıxlı bildirib ki, bu onun sədr olaraq son çıxışıdır. "ASAN Könüllüləri" təşkilatının yaranma zərurətindən danışan Fərid Sadıxlı, 2 il ərzində təşkilatın qazandığı uğurları iştirakçıların nəzərinə çatdırıb. Daha sonra Fərid Sadıxlı "ASAN Könüllüləri" təşkilatının İdarə Heyətinə keçirilən seçkilərin nəticələrini açıqlayıb, idarə heyətinə yeni üzv seçilənləri təbrik edib. Həmçinin Fərid Sadıxlı qeyd edib ki, yeni təyin olunmuş idarə heyətinin ilk iclasında Birliyin sədrinin səlahiyyətlərinin dayandırılması və yeni sədrin seçilməsi məsələləri müzakirə olunub, üzvlərin səsverməsinə əsasən, "ASAN Könüllüləri " təşkilatının yeni sədri Bəxtiyar İslamov seçilib.

"ASAN Könüllüləri" təşkilatının yeni sədri seçilmiş B.İslamov sədr olaraq ilk çıxışını edib. Bəxtiyar İslamov çıxışı zamanı ona göstərilən bu etimada görə hər kəsə təşəkkür edib, təşkilatın gələcək fəaliyyət proritetlərini açıqlayıb, görüləcək işlərlə bağlı məlumat verib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov "ASAN Könüllüləri" təşkilatına yeni seçilmiş sədr və idarə heyətini təbrik edib. Təşkilatın bu günə qədər olan fəaliyyətini yüksək qiymətləndirdiyini bildirən sədr, yeni komandaya da gələckədəki fəaliyətlərində uğular arzulayıb.

Dövlət Agentliyinin sədri tədbirdə iştirak edən könüllülərin təkliflərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!