USD - 1.7 EUR - 1.9164 RUB - 0.0263 TRY - 0.2892 DAHA ÇOX
SON DƏQİQƏ
Mübariz Qurbanlı: Heydər Əliyev dövlətçiliyin möhkəmləndirilməsi üçün çox ciddi islahatlar həyata keçirib Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb Azərbaycan XİN nazirlərin Vaşinqton görüşü barədə: Ümid edirik ki, tərəflər daha konkret nəticələr əldə edəcəklər Düşənbədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin V Zirvə toplantısı keçirilib Birinci vitse-prezidentin adından mərhum Həlimə Əliyevanın ailəsinə başsağlığı verilib
Gəncədə Bülbül adına küçənin və barelyefin açılışı olub 

Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti, SSRİ Dövlət Mükafatı laureatı, sənətşünas-alim, professor Bülbülün 120 illik yubileyi münasibəti ilə Gəncədə Bülbül adına küçənin və barelyefin açılışı olub.

ASAN Radionun Trend-ə istinadla məlumatına görə, mərasimdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, ailə üzvləri, sənət adamları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək, dahi Bülbülün həyat və yaradıcılığından, Gəncədə keçirdiyi illərdən söz açıb. O qeyd edib ki, Bülbül Şuşada doğulsa da, gənclik illərini Gəncədə keçirib. Elə məhz buna görə də onun xatirəsi bu şəhər və sakinləri üçün daha da əzizdir.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu atasına göstərilən sevgi və ehtirama görə öz minnətdarlığını bildirib. O qeyd edib ki, məktəbin olduğu bir küçəyə Bülbül adının verilməsi, burada onun barelyefinin açılması çox gözəl təşəbbüsdür. Bu Bülbül adının daim yaşayacağına, anılacağına və gələcək nəsillər tərəfindən tanınacağına əminlik yaradır.

Barelyefin rəmzi açılışı baş tutduqdan sonra xalq artisti Azər Zeyanlov və əməkdar artist Anar Şuşalı tədbir iştirakçılarının xahişi ilə Bülbülün repertuarına daxil olan əvəzolunmaz əsərlərdən birini - “Sevgili canan”ı ifa ediblər. Sonda xatirə şəkli çəkdirilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio