21/06/2018 08:10

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9671 0.0267 0.3577


Birjadasan

Azadlıq meydanı, Neftçilər prospektində hərəkət məhdudlaşdırılır


14.06.2018   10:39


Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Azadlıq meydanı, Neftçilər prospektində üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən ASAN Radioya verilən məlumata görə, bu məqsədlə sözügedən yolda avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur
















ASAN Radio telefonunuzda
Facebook