USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Futbol üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - Yenilənib

Futbol üzrə Dünya Çempionatının rəsmi açılış mərasimi başa çatıb.

APA-nın Moskva müxbiri mərasimin keçirildiyi "Lujniki" stadionundan xəbər verir ki, mərasimdə Rusiya prezidenti Vladimir Putin və FİFA prezidenti Canni İnfantino çıxış ediblər.

V. Putin bütün dünyanın böyük futbol ailəsini planetin əsas turnirinin başlanması münasibəti ilə təbrik edi: "Bu böyük idman hadisəsi Rusiyada ilk dəfədir keçirilir və biz buna çox şadıq. Futbol bizdə nəinki kütləvi oyundur, bu oyunu həqiqətən Rusiyada sevirlər. Belə bir turniri keçirmək bizim üzərimizə böyük məsuliyyət qoyub. Azarkeşlərin, idmançıların özlərini burada yaxşı hiss etməsi üçün əlimizdən gələni etmişik. Heç bir şişirtmə olmadan deyə bilərək ki, futbol azarkeşlərinin sayı dünyada milyarda yaxındır. Harada yaşamadan asılı olmayaraq hamımızı futbola sevgi birləşdirir. Futbol xalqlar arasında dostluğu möhkəmləndirir və bir-birini anlamasına təkan verir. Hamınızı bu möhtəşəm futbol bayramı münasibətilə çıxış edirəm".

C. İnfantino isə nitqinə rus dilində başlayıb.O, yüksək təşkilatçılığa görə Rusiya prezidenti Vladimir Putinə təşəkkür edib.FİFA prezidenti 1 ay ərzində Rusiyada futbol bayramının keçiriləcəyini deyib.

Rəsmi açılışın ardınca DÇ-2018-in ilk oyununa start veriləcək.

İlk oyunda Rusiya və Səudiyyə Ərəbistanının milli komandaları qarşılaşır.

***

18.40

Futbol üzrə Dünya Çempionatının rəsmi açılış mərasimi başlayıb.

Açılışda Rusiya prezidenti Vladimir Putin, FİFA prezidenti Canni İnfantino, Azərbaycan prezidenti İlham Əliyev, Belarus prezidenti Aleksandr Lukaşenko və digər şəxslər iştirak edirlər.

Açılış şousunda ingiltərəli məşhur müğənni Robbi Uilyams, rusiyalı tanınmış opera müğənnisi Aida Qarifullina və futbol üzrə ikiqat dünya çempionu, braziliyalı Ronaldo tamaşaçılar qarşısına çıxıb.

Mərasim davam edir.

Açılışın ardınca DÇ-2018-in ilk oyunu keçiriləcək.

İlk oyunda Rusiya və Səudiyyə Ərəbistanının milli komandaları qarşılaşacaq.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!