USD - 1.7 EUR - 1.923 RUB - 0.0257 TRY - 0.3219 DAHA ÇOX
SON DƏQİQƏ
Prezident İlham Əliyev Avropa Komissiyasının nümayəndə heyətini qəbul edib Azərbaycanın keçən ay ən çox məhsul göndərdiyi ölkə İtaliya olub Fevralın 26-da ilk dərslər Xocalı soyqırımına həsr ediləcək Bakı-Şamaxı-Yevlax yolunda gücləndirilmiş rejim Fevralın 19-də xarici valyutaların manata qarşı məzənnələri
Müdafiə naziri səhra məşğələlərinin gedişini izləyib

İyunun 20-də müdafiə naziri, general-polkovnik Zakir Həsənov hərbi poliqonda müxtəlif bölmələr ilə keçirilən səhra məşğələlərinin gedişini izləyib.

 

ASAN Radio xəbər verir ki, nazir Zakir Həsənov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 3-cü kurs kursantlarının taktiki məşğələlərinin keçirildiyi qüllədəki tədris sinfinə gəlib.

 

“Mexanikləşdirilmiş taqım hücumda” mövzusundakı üzrə məşğələnin keçirilmə planına uyğun olaraq, kursantlar taqım və manqa komandirləri rolunda çıxış edərək məşğələ zamanı yaradılmış taktiki vəziyyətə uyğun hərəkət ediblər. Taqım komandiri vəzifəsinə təyin edilmiş kursantlardan biri hücum haqqında əmri taqımın şəxsi heyətinə çatdırdıqdan sonra qarşılıqlı fəaliyyəti təşkil edib və döyüş texnikasında praktiki hərəkətlərə başlayıb.

 

Bu mərhələdə mina sahəsinin keçilməsi, döyüş düzülüşünün müxtəlif formalarının tətbiqi, şərti düşmənin aldadılması qaydaları, maskalanma və sair tapşırıqları nəzərdə tutan müasir ümumqoşun döyüşünün taktiki üsulları icra edilib.

 

Sonra müdafiə naziri snayperlərin hazırlığı mərkəzinin atış sahəsinə gələrək praktiki atışların təşkili və icrasını müşahidə edib. Təlim nöqtələrində snayperlər hədəfin aşkarlanması, atəş mövqeyinin tutulması, maskalanma, sərrast atəşlə hədəfin məhv edilməsi və digər fəaliyyətləri icra edir, həmçinin snayper sənətinin nəzəri əsaslarını öyrənirlər.

 

Müdafiə naziri motoatıcı, tank və artilleriya bölmələrinin hazırlığını da izləyib. Məşğələlərə cəlb edilmiş şəxsi heyət atəş, taktiki, taktiki-xüsusi hazırlıq, döyüş maşınlarının idarə olunması və digər tapşırıqları yerinə yetirib.

 

Təlim məşqlərin sonunda general-polkovnik Z.Həsənov poliqona dəvət olunmuş kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşüb.

 

Mətbuat nümayəndələri ilə söhbətində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə xalqımızı təbrik edən müdafiə naziri Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqəti, qayğısı və müdrik rəhbərliyi ilə son illər həyata keçirilən kompleks islahatların nəticəsində bu gün Azərbaycan Ordusunun istənilən döyüş əmrini yerinə yetirməyə tam hazır və qadir olduğunu bildirib.

 

Müdafiə naziri hərbi hissələrdə yerinə yetirilən fəaliyyətlər, aparılan uğurlu islahatlar, əldə olunan nailiyyətlər, qarşıda duran vəzifə və tapşırıqlar barədə media nümayəndələrinin suallarını da cavablandırıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio