USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Dağlıq Qarabağ münaqişəsi ATƏT PA-da müzakirəyə çıxarılacaq

1-5 iyul tarixlərində Tiflisdə ATƏT Parlament Assambleyasının illik sessiyası keçiriləcək.

“Parlament əməkdaşlığının 25 ili: Dialoq vasitəsi ilə etimad yaratmaq” adlı sessiya çərçivəsində Siyasi məsələlər və təhlükəsizlik komitəsində isveçli deputat Marqareta Sederfeldin müəllifi olduğu qətnamə layihəsi müzakirəyə çıxarılacaq.

Layihədə münaqişə nəticəsində yurd-yuvalarından məhrum olunmuş Azərbaycan, Ermənistan Gürcüstan, Moldova və Ukrayna vətəndaşlarının evlərinə qayıtmasının onların danılmaz hüququ olduğu təsdiqlənir.  

Həmçinin Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin eskalasiya ilə bağlı narahatlıq ifadə olunur. Mövcud danışıqlar formatı və mexanizmi çərçivəsində ATƏT sədrliyinin həlli uzanmış münaqişələrin çözülməsində aktiv fəaliyyəti alqışlanır. Qətnamə layihəsində müəllif Dağlıq Qarabağ münaqişəsi zonasında yeni ədavət risklərini azaltmaq məqsədi ilə etimad tədbirləri üçün səy göstərmək və Minsk qrupu çərçivəsində Böyük Sülh Sazişi üzərində işə başlamaq üçün parlamentariləri münaqişə tərəflərini siyasi iradə ortaya qoymağa həvəsləndirməyə çağırır.

 

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!