USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Səhiyyə Nazirliyi Azərbaycanda quduzluğun qeydə alınması ilə bağlı açıqlama verib

Səhiyyə Nazirliyi Zaqatalada insanda qeydə alınan quduzluq hadisəsi ilə bağlı açıqlama verib. 

Nazirliyin mətbuat xidmətinin rəhbəri Liya Bayramova deyib ki, Zaqatalada Pəri Turacovanı aprelin 1-də it dişləyib.

Onun sözlərinə görə, it dişləməsindən sonra qadın xəstəxanaya müraciət etməyib: “Həmin qadın isə 52 gündən sonra özünü narahat hiss etdikdə xəstəxanaya müraciət edib. Artıq onda quduzluğun əlamətləri üzə çıxıb. Müalicəsi hazırda Zaqatala Mərkəzi Rayon Xəstəxanasında davam etdirilir, Mingəçevir və Bakıdan da həkimlər konsilium göndərilib”.

Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri Rita İsmayılova bildirib ki, həmin qadını 2 ay əvvəl sağ əlinin ikinci barmağını it dişləyib: “Yara yüngül olduğundan qadın həkimə müraciət etməyib. Yara sağalıb, amma 2 aydan sonra onda quduzluğun əlamətləri baş verib. Əlamətlər sudan, işıqdan, havadan qorxma kimi hallarla başlayır. Qadın hospitallaşdırılsa da, xəstəlik 100 faiz ölümlə nəticələnir”.

R. İsmayılova əlavə edib ki, bu, 2016-cı ildə Azərbaycanda qeydə alınan ilk quduzluq faktıdır: “Ölkədə insanlar arasında quduzluq nadir hallarda, heyvan dişləməsi zamanı həkimə vaxtında müraciət edilmədiyi zaman baş verib. İnsanlar arasında sonuncu dəfə quduzluq hadisəsi 3-4 il öncə qeydə alınmışdı”.

Qeyd edək ki, mayın 22-də rayonun Faldar kənd sakini, 1969-cu il təvəllüdlü Pəri Qasım qızı Turacova quduzluq əlamətləri ilə xəstəxanaya daxil olub.

Məlum olub ki, onu xeyli vaxt əvvəl yaşadığı kənddə küçə iti dişləyib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!