15/07/2018 22:54

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9817 0.0273 0.3502


Rəsmi

Prezident Miqrasiya Məcəlləsinə dəyişiklikləri təsdiqləyib


11.07.2018   17:05


Azərbaycan Prezidenti İlham Əliyev Miqrasiya Məcəlləsinə dəyişiklikləri təsdiqləyib. 

APA-nın məlumatına görə, Miqrasiya Məcəlləsinə 16.4-cü maddə əlavə edilib. 

Maddəyə əsasən, Məcəllənin 16.1.8-ci maddəsində nəzərdə tutulmuş şəxslər cəriməni (hesablanmış dəbbə pulu daxil olmaqla) ödədikdə, onların Azərbaycan Respublikasına gəlməsi ilə bağlı qadağa dərhal götürülür.

36.1.6-cı maddədə “dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti (qeyri-dövlət təşkilatları üçün), dəvətin səbəbini təsdiqləyən sənəd (tranzit, turizm, rəsmi və şəxsi səfər vizaları üçün bu sənədlər tələb olunmur)” sözləri “(tranzit və turizm vizaları üçün bu sənəd tələb olunmur)” sözləri ilə əvəz edilib. 

Habelə aşağıdakı məzmunda 54.11-1-ci maddə əlavə edilib: “Daimi yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtinaya səbəb olan hal aradan qalxmazsa və bu hal müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina üçün əsas deyildirsə, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazənin alınması (müddətinin uzadılması) ilə bağlı bu Məcəllənin 54.11-ci maddəsində nəzərdə tutulan müddətdə müvafiq icra hakimiyyəti orqanına müraciət edə bilərlər”.

79.2-ci maddəyə isə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilib: “Bu Məcəllənin 79.1.1-ci maddəsində nəzərdə tutulmuş sənədlərin ləğv edilməsinə səbəb olmuş əsaslar aradan qalxdıqda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisinə gəlməsinə qoyulmuş məhdudiyyət götürülür”.




Xəbər lenti

14 Iyul
13 Iyul













ASAN Radio telefonunuzda
Facebook