15/07/2018 22:47

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9817 0.0273 0.3502


İdmandasan

“Qarabağ” Çempionlar Liqasına qələbə ilə başladı


12.07.2018   07:40


Ağdamın “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasında mübarizəyə başlayıb.

ASAN Radio xəbər verir ki, turnirin birinci seçmə mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ” Sloveniyanın “Olimpiya” komandası ilə qarşılaşıb.

Lyublyana şəhərindəki “Stojice” stadionunda keçirilən görüş təmsilçimizin 0:1 hesablı qələbəsilə başa çatıb. Matçda yeganə qolu Donald Qerye vurub.

Qeyd edək ki, cavab oyunu iyulun 18-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. 

 




Xəbər lenti

14 Iyul
13 Iyul













ASAN Radio telefonunuzda
Facebook