26/09/2018 15:23

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9996 0.0259 0.2754


Dövlət qurumları

BNA: Elektrik fasiləsi ilə əlaqədar işıqforlarda yaranan çətinliklər aradan qaldırılır


12.07.2018   17:28


"Paytaxtın bəzi yerlərində elektrik təminatında yaranan kəsinti ilə əlaqədar işıqforların fəaliyyətində əmələ gələn çətinliklər aradan qaldırılır".

Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev ASAN Radioya məlumat verib. Onun sözlərinə görə, həyata keçirilən operativ tədbirlər nəticəsində artıq bir çox küçə və prospektdə işıqforların fəaliyyəti bərpa edilib.

"Hazırda Heydər Əliyev, Qara Qarayev, Həsən bəy Zərdabi, Hüseyn Cavid prospektləri, Şərifzadə, Ş.Mehdiyev və digər küçələrdə svetoforların işi bərpa edilib. Bütün işıqforların normal rejimdə fəaliyyəti üçün zəruri tədbirlər görülür", - deyə m.Ağayev əlavə edib.




Xəbər lenti

26 Sentyabr
25 Sentyabr











ASAN Radio telefonunuzda
Facebook