USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Cənab leytenant” mahnısının müəllifinin 55 yaşı qeyd edilib

R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkilatçılığı, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin dəstəyi ilə hərbçi, həkim, bəstəkar və şair Şahin Musaoğlunun anadan olmasının 55 illiyinə həsr edilmiş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə AYB-in sədri, Xalq Yazıçısı Anar tarixən həkim peşəsinə yiyələnmiş insanların yazıçı və şairlər olduqlarını eşitdiyini, lakin bəstəkar kimi fəaliyyət göstərənlərə tək-tək təsadüf etdiyini bildirib. O, Şahin Musaoğlunun poeziyasının vətənpərvərlik ruhu üzərində kökləndiyini söyləyib. Onun hərbi çağırış kimi səslənən mahnılarının gənc nəslin vətənpərvərlik tərbiyəsində böyük əhəmiyyət daşıdığını bildirib. “İgid əsgər, möhkəm dayan”, “Cənab leytenant”, “And içirik” və digər hərbi vətənpərvər ruhlu mahnılarını təkcə müəllifin deyil, müasir poeziyamızın uğuru adlandırıb.

Şahin Musaoğlunun 55 illik yubiley gecəsində onun həyatına həsr edilmiş film nümayiş olunub.

AYB-in katibi Rəşad Məcid, tanınmış şair Ramiz Rövşən və başqaları onun qələminin məhsulu olan vətənpərvər ruhlu şeirlərin bu gün daha çox gərək olduğunu bildiriblər.

Digər çıxış edənlər onunla olan xatirələrini bölüşüb, təkcə ziyalı deyil, insan kimi də müsbət xüsusiyyətlərindən danışıblar.

Yubiley mərasimində şairin şeirləri və şeirlərinə yazdığı mahnılar ifa olunub.

Tədbir “Oyuq teatrı”nın aktyorlarının ifasında tamaşa ilə davam edib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!