USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Uğurlu qadın, uğurlu gələcək” layihəsinə start verildi

Coca-Cola​, ASAN könüllüləri və Azərbaycan Turizm və Menecment Universiteti​ bölgələrdə qadınların turizm sahəsində təşəbbüslərinə dəstək olmaq üçün “Uğurlu qadın, uğurlu gələcək” layihəsinə start veriblər.

Coca-Cola Fondunun dəstəklədiyi “Uğurlu qadın, uğurlu gələcək” layihəsi Azərbaycanda turizm potensialı ilə tanınan Qəbələ, Gəncə və Masallı şəhərləri və ətraf bölgələri əhatə edəcək. 

Layihənin məqsədi həmin bölgələrdə yaşayan qadınları turizm təlimlərinə cəlb etmək, onları turizm biznesinə həvəsləndirmək, turizm sahəsində dövlət siyasətinə və turizm sahəsində biznes təşəbbüslərinə dəstək olmaqdır. Təlimlər turizmin əsasları, turizm idarəçiliyi, müştəri xidməti, turizm və gigiyena kimi bir sıra önəmli mövzuları əhatə edəcək. Təlimlər Türkiyənin tanınmış mütəxəssislərinin Azərbaycan Turizm və Menecment Universitinin professor-müəllim heyəti ilə birgə hazırladıqları proqram əsasında ödənişsiz olaraq tədris ediləcək. Layihə ASAN Könüllüləri tərəfindən icra olunacaq.

Təlimlərin keçirilmə yeri və tarixi:

Qəbələ şəhəri, 16-21 iyul 2018-ci il

Gəncə şəhəri,  22-27 iyul 2018-ci il

Masallı şəhəri,  6-11 avqust 2018-ci il

Layihəyə müraciət üçün təlimlərin təşkil olunacağı "ASAN xidmət" mərkəzlərinə yaxınlaşa bilərsiniz.

Elektron qeydiyyat üçün keçid: https://goo.gl/ShV4c7

http://www.asanyouth.az/Home/PrtflDetail/AZ?rid=11224

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!