ASAN Könüllülük Məktəbi tərəfindən ASAN Könüllülərinin peşəkar kadrlar kimi formalaşması məqsədi ilə müxtəlif tədbirlər həyata keçirilir.
ASAN Radio Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadla xəbər verir ki, bu məqsədlə yaradılan “ASAN kadr” karyera mərkəzi fəaliyyət göstərdiyi 3 il ərzində 960 ASAN könüllüsünün işlə təmin olunmasına bilavasitə dəstək göstərib.
Hər bir könüllü www.asankadr.az portalında öz CV-sini yerləşdirməklə mövcud vakansiyalardan yararlana bilər.
Bu günə kimi portal vasitəsi ilə 1031 müəssisə qeydiyyatdan keçib.
ASAN könüllülərinin peşəkar kadr kimi yetişməsi istiqamətində fəaliyyət göstərən mərkəz bu günə kimi 25-dən çox təlim proqramı, yerli və beynəlxalq şirkətlərin iştirakı ilə Karyera sərgisi və SMM Business Breakfast kimi layihələr həyata keçirib.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!