ABŞ qrossmeysteri Fabiano Karuana “Grand Chess Tour” seriyasının ABŞ-ın Sent-Luis şəhərində oynanılan üçüncü mərhələsində müvəffəqiyyətlə start götürüb.
AZƏRTAC xəbər verir ki, rapid üzrə keçirilən 6 turdan sonra dünya çempionu adına namizəd amerikalı şahmatçı aktivinə 12 mümkün xaldan (xalların ikiqat hesablanması) 9 xal yazdıraraq turnir cədvəlinə başçılıq edir. Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov və daha üç şahmatçı liderdən 2 xal geridədir.
“Grand Chess Tour”un üçüncü mərhələsində iştirakçıların mövqeyi belədir: Fabiano Karuana – 9 xal, Şəhriyar Məmmədyarov, fransız Maksim Vaşye-Laqrav, rusiyalı Sergey Karyakin, amerikalı Hikaru Nakamura hərəyə 7 xal, kubalı Lenyer Dominqes – 6 xal, erməni Levon Aronyan – 5, hindistanlı Vişvanatan Anand, rusiyalı Aleksandr Qrişşuk, amerikalı Uesli Co isə hərəyə 4 xal toplayıblar.
Bu gün son üç tur keçiriləcək.
Xatırladaq ki, “Grand Chess Tour 2018”in üçüncü mərhələsi sürətli şahmat və blits formatında aparılır.
Turnirin ümumi mükafat fondu 150 min dollar təşkil edir.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!