“Barselona”nın futbolçusu Lionel Messi Kataloniya klubunda ən titullu oyunçuya çevrilib.
Qol.az-ın xəbərinə görə, argentinalı hücumçu “Barsa”nın İspaniya Superkubokunu qazanması ilə bu rekorda imza atıb. Qazanılan son kubok Messinin “Barselona”da 33-cü titulu olub.
Bunadək Messi titul sayına görə komandanın sabiq kapitanı Andres İnyesta ilə şərik idi.
Qeyd edək ki, Messi 9 dəfə İspaniya, 3 dəfə klublararası dünya çempionu, 6 dəfə ölkə kubokunun, 8 dəfə ölkə Superkubokunun, 4 dəfə Çermpionlar Liqasının, 3 dəfə UEFA Superkubokunun qalibi olub.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!