USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“ASAN Viza” sistemi vasitəsilə 702 282 viza verilib

15 avqust 2018-ci il tarixində “ASAN Viza”nın hava limanlarında fəaliyyət göstərən bir neçə əməkdaşına xidməti vəzifələrinin yerinə yetirilməsində fərqləndiklərinə görə sertifikat və hədiyyələr təqdim edilib.

ASAN Radioya Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, tədbirdə “Elektron Hökumətin İnkişafı Mərkəzi” Publik Hüquqi Şəxsin direktoru Fariz Cəfərov çıxış edərək fərqlənən əməkdaşların digərləri üçün nümunə olduqlarını qeyd edib, hər kəsə işlərində uğurlar arzulayıb.

Bakı, Gəncə, Qəbələ və Lənkəran beynəlxalq hava limanlarında “ASAN Viza” sistemi vasitəsilə əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün elektron vizaların rəsmiləşdirilməsi təmin edilir. Hazırda hava limanlarında 83 əməkdaş fəaliyyət göstərir. Əməkdaşlar ökəmizə səfər edən əcnəbi və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan, ingilis, fransız, ispan, alman, türk, hind, ərəb, fars, ibri, urdu, norveç və rus dillərində xidmət göstərirlər.

“ASAN Viza” özünəxidmət terminalları vasitəsilə Heydər Əliyev Beynəlxalq Hava limanında əcnəbilərə vizaların verilməsinə 15 may 2018-ci il etibarən başlanılıb. Bu günə kimi 566 759-u “ASAN Viza” portalı vasitəsi ilə, 135 523-ü hava limanlarında olmaqla, ümumilikdə 702 282 viza verilib. Müraciətlərin çoxluğuna görə isə ilk beşlikdə olan İran İslam Respublikası, Səudiyyə Ərəbistanı, Pakistan, Hindistan və Türkiyədir.

“ASAN Viza” vasitəsilə hava limanlarında 15 ölkənin - Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çin, İran, İsrail, İndoneziya, Küveyt, Qətər, Malaziya, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə, Yaponiya vətəndaşlarına, eyni zamanda Birləşmiş Ərəb Əmirliklərində etibarlı rezident vizalarına sahib olanlar üçün birbaşa vizaların verilməsi təmin edilir.

“ASAN Viza” portalı və özünəxidmət terminalları Azərbaycan, ingilis, fransız, ispan, alman, italyan, ərəb, fars və rus olmaqla - 9 dildə fəaliyyət göstərir. Özünəxidmət terminalları ilə yanaşı 4 pəncərədə viza verilməsi və bank xidmətləri də həyata keçirilir.

Orta hesabla bir əcnəbi vətəndaş üçün vizanın verilməsi 2 dəqiqə ərzində təmin edilir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!