USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Nazir əlillərlə görüşdü

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirliyin Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən Əlilliyi olan şəxslər üçün Müalicə Pansionatında bərpa müalicəsi şəraiti, əlilliyi olan insanlara göstərilən xidmətlərlə tanış olub. 

Nazirlikdən ASAN Radioya verilən məlumata görə, pansionatda stasionar, diaqnostika, fizioterapiya şöbələrində aparılan işlər nəzərdən keçirilib. Qeyd olunub ki, 250 çarpayılıq müəssisədə il ərzində 4 mindən çox əlilliyi olan şəxs stasionar şəraitdə reabilitasiya xidmətləri ilə təmin olunur. Cari ilin ötən dövründə də 2631 nəfər əliliyi olan şəxs, o cümlədən ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş 311 nəfər pansionata qəbul olunub. Hazırda 230-a qədər əlilliyi olan şəxsə burada bərpa müalicə xidmətləri göstərilir.

S.Babayev müəssisədəki ultrasəslə müayinə, elektrokardioqrafiya, elektroensefaloqrafiya, rentgen kabinetləri, mədəni-istirahət bölməsi, laboratoriya, müalicəvi bədən tərbiyəsi zalı, tətbiq olunan müxtəlif fizioterapevtik müalicə üsulları və s. ilə tanış olub. O, pansionatda müalicə olunan əlilliyi olan insanlarla görüşüb. Əlilliyi olan şəxslər ölkəmizdə sosial cəhətdən həssas qruplara yönələn dövlət qayğısının ildən-ilə artmasına, əlilliyi olanların sağlamlıqlarının bərpası, tibbi-sosial reabilitasiya sisteminin təkmilləşdirilməsi üçün aparılan işlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. 

Nazir bildirib ki, dövlət başçısının tapşırığına əsasən, əlilliyi olan vətəndaşlar üçün tibbi-sosial reabilitasiya infrastrukturunun ən müasir tələblərə uyğun qurulması istiqamətində işlər davam etdirilir. Hazırda bir çox reabilitasiya müəssisələrində əsaslı təmir işləri aparılır. Bu işlərin qarşıdakı dövrdə Əlilliyi olan şəxslər üçün Şağan Müalicə Pansionatında da davam etdirilməsi nəzərdə tutulur. 

S.Babayev müəssisənin fəaliyyətinin səmərəli təşkili, xidmət səviyyəsinin yüksəldilməsi, tətbiq olunan müalicə kurslarının nəticələrinin təhlil edilməsi və müvafiq qiymətləndirmələrin aparılması barədə tapşırıqlarını verib. İşçi heyətin peşəkarlığının artırılmasının və müvafiq sahədə qabaqcıl dünya təcrübələrinin öyrənilməsinin vacibliyini qeyd edən nazir digər bərpa mərkəzləri və səhiyyə müəssisələri ilə təcrübə mübadilələrinin aparılmasının diqqətdə saxlanılmasını, əlilliyi olan insanlara qayğı ilə yanaşılmasını tapşırıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!