USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Sarkisyan istintaqa cəlb edilir 

2008-ci il martın 1-də Ermənistanda keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və ölkədə konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində ölkənin üçüncü prezidenti olmuş Serj Sarkisyan da istintaqa cəlb olunaraq dindiriləcək.

AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Xüsusi istintaq Xidmətinin rəisi Sasun Xaçatryan hökumətin bu gün keçirilən iclasından sonra jurnalistlərə açıqlamasında bildirib. 

“Bu işlə əlaqəsi olan hər bir kəs istisnasız şəkildə dindiriləcək. Bəli, eləcə də Serj Sarkisyan da dindiriləcək”, – deyə Xaçatryan vurğulayıb. O, əlavə edib ki, dindirilmə prosesinin effektiv olması üçün kimin nə zaman və harada ifadəsinin alınacağı ilə bağlı müstəntiq qərar verəcək. 

Xatırladaq ki, müvafiq cinayət işi çərçivəsində Ermənistanın ikinci prezidenti Robert Koçaryan, sabiq müdafiə naziri Makael Arutyunyan və KTMT-nin fəaliyyətdə olan baş katibi Yuri Xaçaturova qarşı ittiham irəli sürülüb. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!