USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Valeri Meladzenin “Jara-2018” çərçivəsində yaradıcılıq gecəsi Rusiyanın Birinci kanalında yayımlanacaq

Rusiya Televiziyasının Birinci kanalı Bakıda keçirilmiş “Jara-2018” Beynəlxalq Musiqi Festivalının nümayişini davam etdirir.

AZƏRTAC xəbər verir ki, Rusiya Federasiyasının Əməkdar artisti Valeri Meladzenin festival çərçivəsində keçirilmiş yaradıcılıq gecəsi avqustun 24-də Rusiya Televiziyasının Birinci kanalında yayımlanacaq. Tamaşaçılar Valeri Meladzenin, onun Ani Lorak, Albina Canabayeva, Diana Arbenina, Qriqori Leps, EMIN və başqaları ilə duetlərini dinləyəcəklər. Konsertdə, həmçinin Polina Qaqarina, Slava, Vera Brejneva, Yuliya Kovalçuk, Aleksandr Panayotov, MBand, A'Studio qrupları və başqaları çıxış edəcəklər.

İyulun 26-dan 29-dək Bakıda, “Sea Breeze Resort” istirahət mərkəzində keçirilmiş festivalda 75 ifaçı, eləcə də 1200-dən çox musiqiçi iştirak edib. Festival dörd gün ərzində şəhərin mədəni həyatına özünəməxsus hərarət, coşqunluq gətirib. Bu musiqi bayramında həm yaşlılar, həm də gənclər öz zövqlərinə uyğun ifaları dinləmək imkanı qazanıblar.

Festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq artisti Emin Ağalarov, Rusiyanın Əməkdar artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!