USD - 1.7 EUR - 1.923 RUB - 0.0257 TRY - 0.3219 DAHA ÇOX
SON DƏQİQƏ
Əmək pensiyalarının minimum məbləğinin artımı təsdiq edildi Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında fərman imzalandı Əmanətlərin tam sığortalanması daha bir il uzadıldı Meriyanın qar təmizləyən maşınları Bakı küçələrində Azərbaycanın Dövlət Himninə dair yeni tələblər təsdiq edildi
Azərbaycan-Kosovo oyununun biletləri satışa çıxarılıb

Futbol üzrə Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı ilk oyununun biletləri satışa çıxarılıb.

AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, azarkeşlər sentyabrın 7-də Bakı Olimpiya Stadionunda Kosovo yığmasına qarşı keçiriləcək matçın biletlərini bu gündən etibarən əldə edə bilərlər.

Üç kateqoriya üzrə təklif olunan biletlərin qiyməti 2-5 manat, VIP yerlər üçün isə 10 manatdır.

Bu oyuna bilet alan hər bir azarkeş Azərbaycan – Malta (14 oktyabr) və Azərbaycan – Farer adaları (17 noyabr) oyunlarının biletinə 50 faiz endirim əldə edə bilər. Endirim yalnız eyni dəyərli biletə ilk biletin alışı vaxtı tətbiq edilir (endirimlər “Sky Box” biletlərinə şamil olunmur).

Azərbaycan – Kosovo oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio