Beynəlxalq Muğam Mərkəzində fəxri adlara layiq görülmüş mədəniyyət xadimlərinə fəxri adların vəsiqələri və döş nişanları təqdim olunub.
Sentyabrın 17- də Beynəlxalq Muğam Mərkəzində prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə təltif olunmuş musiqi xadimlərinə fəxri adların və mükafatların döş nişanlarının və vəsiqələrinin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.
Tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, fəxri adların Cümhuriyyətin 100 illiyi ərəfəsində verilməsi xüsisilə əlamətdardır. Mədəniyyət xadimlərinin yaradıcı əməyinin qiymətləndirilməsi ilə yanaşı bu sahəyə aid dövlət proqramlarının qəbul edilməsi, qanunvericiliyin təkmilləşdirilməsi də bu diqqətin bariz nümunəsidir. Mədəniyyətimiz bu gün dünya səviyyəsində tanınır, təbliğ edilir.
Azərbaycan xalqı isdedadlı xalqdır. Xalqımız,mədəniyyətimiz,müxtəlif sahələrdə böyük sənətkarlar, dahilər yetişdirib. Onlar bizim mədəniyyətimizi,musiqimizi yaşadır. Məhz Prezident İlham Əliyev və birinci vitse-prezident,birinci xanım Mehriban Əliyevanın gördüyü işlər nəticəsində Azərbaycan mədəniyyəti inkişaf edir və dünyada öz layiqli yerini tutur: “Yalnız müstəqilliyimizdən sonra biz zəngin mədəniyyətimizi bəşəriyyətə tanıda bilmişik” deyə nazir vurğulayıb.
Sonra Xalq artisti və Əməkdar artist adına layiq görülmüş musiqiçilərə fəxri adların vəsiqələri və döş nişanları təqdim edilib.
Mərasimdə çıxış edən “Şöhrət” ordenli,Xalq artisti Teymur Göyçəyev, Xalq artisti adına layiq görülmüş Murad Dadaşov və digər təltif edilənlər bu günün onlar üçün əsl bayram olduğunu və böyük məsuliyyət hissi yaratdığını vurğulayıblar.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!