USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İkinci Respublika İnnovasiya Müsabiqəsinə layihələrin qəbulu müddəti uzadılıb

İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatı tərəfindən keçirilən İkinci Respublika İnnovasiya Müsabiqəsinə çoxsaylı marağı və universitetlərin müsabiqədə aktiv iştirakının təmin olunmasını nəzərə alaraq müsabiqəyə layihələrin qəbul müddəti sentyabrın 30-dək uzadılıb.

Nazirliyin mətbuat xidmətindən ASAN Radioya bildiriblər ki, müsabiqə ilə bağlı digər bir yenilik İqtisadiyyat Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü ilə innovasiya müsabiqələrinin və startapların təşkilində geniş təcrübəyə malik olan Sosial İnnovasiya Laboratoriyası (SİL) ilə əməkdaşlığa başlanılmasıdır. Bu əməkdaşlıq çərçivəsində SİL-in dəstəyi ilə 9 modul üzrə 2 intensiv düşərgənin keçirilməsi və seçilmiş ideyalar üçün ilkin hazırlıq mərhələsinin təşkil olunması nəzərdə tutulur. Bundan başqa, müsabiqədə 1-ci yeri tutan layihə müəllifi dünyanın qabaqcıl investorları və ekspertlərinin iştirak edəcəyi "Istanbul Innovation Days 2018" Beynəlxalq Proqramında ölkəmizi təmsil edəcək.

Qeyd edək ki, İkinci Respublika İnnovasiya Müsabiqəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və BMT tərəfindən "2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyi"nin məqsədlərini təşviq etmək, innovasiyaları həvəsləndirmək, eyni zamanda "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının və "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri"nin icrasına dəstək məqsədilə elan edilib. Müsabiqə barədə məlumatlılığın artırılması üçün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, AMEA-nın "Yüksək texnologiyalar parkı" MMC-nin müəllim, tələbə və gənc tədqiqatçıları, "ASAN Könüllüləri" ilə maarifləndirmə tədbirləri keçirilib. İndiyədək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İdeya Bankı" (www.ideya.az) platforması vasitəsilə müsabiqəyə 80-ə yaxın layihə təqdim olunub. Müsabiqənin qalibləri 1-ci yer üçün 5000 manat, 2-ci yer üçün 3000 manat və 3-cü yer üçün 2000 manat mükafat alacaq.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!