USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Muğam Mərkəzində dünya şöhrətli “New life Brass” kvintetinin konserti keçirilib

Sentyabrın 19-da Beynəlxalq Muğam Mərkəzində Üzeyir Hacıbəyli adına X-cu Beynəlxalq Musiqi Festivalı çərçivəsində dünya şöhrətli T.Dokşitser adına “New life Brass” kvinteti  konsert proqramı ilə çıxış edib.

ASAN Radio xəbər verir ki, festival Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşıb. 

Bu ilki Üzeyir Hacıbəyli adına X-cu Beynəlxalq Musiqi festivalında Rusiya, ABŞ, Türkiyə, İtaliya və Slovakiyadan tanınmış musiqiçilərin və kollektivlərin – T.Dokşitser adına “New life brass” kvintetin, “Dədə Qorqud” kamera orkestrinin, Murad Kajlayevin, Murad Annamamedovun, Sergey Rolduginin, Pavel Milyukovun, Azər Dəmirovun, Fərhad Aşumovun və başqalarının iştirakı ilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.

T.Dokşitser adına “New Life Brass” mis nəfəs alətləri ansamblı 2009- cu ildə yaradılmışdır. Ansamblın ifaçıları Qnesin adına Rusiya Musiqi Akademiyasını bitirmiş yüksək səviyyəli musiqiçilərdir. Kollektivin repertuarı klassik, caz və müxtəlif janrlı əsərləri əhatə edir. Ansambl Moskvada və müxtəlif ölkələrdə çıxış edərək uğurlar qazanmışdır. 2009-cu ildə Sank-Peterbruqda, 2011- ci ildə isə Moskvada keçirilən beynəlxalq müsabiqələrdə Qran-Pri mükafatına layiq görülmüşdür. 2014-cü ildə Moskvada hökuməti tərəfindən “Ən yaxşı layihə” mükafatını qazanmışdır.2012-ci ildən ansambl görkəmli truba ifaçısı Timofey Dokşitserin adını daşıyır.

Beynəlxalq Muğam Mərkəzində reallaşan “New life Brass” mis nəfəs alətləri ansamblının üzvləri trubada  Evgeniy Quryev,Maksim Stoda, valtornada Vladimir Mezentsev,trombonda Ramil Axmadulin, tubada  Maksim Makuşev İ.S.Baxın, C.Puççininin, V.A.Motsartın, J.Kosmanın, R.Andersonun, K.Qardelin, K.Consun əsərlərini ifa ediblər.

Tamaşaçılar “New life Brass” kvintetinin ifalarını maraqla qarşılayıblar.

Sentyabrın-20-də saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində Üzeyir Hacıbəyli adına X-cu Beynəlxalq Musiqi Festivalı çərçivəsində  “Zirvəyə doğru” adlı kamera musiqisi gecəsi keçiriləcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!