İran hökuməti Əhvaz şəhərində keçirilən parad zamanı törədilən terror aktı ilə əlaqədar sentyabrın 24-də ölkədə matəm elan edib.
AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, terror aktı qurbanlarının dəfn günü İranda milli matəm elan olunub. İran hökuməti terror aktı zamanı ölənlərin ailələrinə başsağlığı verib və xəsarət alanların şəfa diləyib.
Qeyd edək ki, Əhvaz şəhərində keçirilən hərbi parad zamanı terrorçuların mərasim iştirakçılarını atəşə tutması nəticəsində 28 nəfər həlak olub, daha 60 nəfər isə yaralanıb.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!