Rusiyadan Bakıya gəlmiş peşəkar mütəxəssislər tərəfindən Azərbaycanın dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiosu – ASAN Radionun 360 dərəcəlik panoram çəkilişləri edilib.
360 dərəcəlik xüsusi video yeni texnologiya ilə hazırlanıb. Barmaq toxunuşu ilə (və ya kompüterinizin mausu ilə) videonu sağa-sola, yuxarı-aşağı istiqamətdə hərəkətə gətirməklə ASAN Radioya virtual səyahət etmək mümkündür.
Həmçinin telefonla xüsusi eynəklərin dəstəyilə videoya baxmaq olur. Virtual tur vasitəsilə istifadəçi ASAN Radionun yerləşdiyi məkanın istənilən yerinin 360 dərəcəlik görüntüsünü izləyə bilər.
Qeyd edək ki, virtual tur mövcud obyektin panoram görüntüləri, şəkilləri, musiqi, səs effektləri, mətn və digər multimedia vasitələrinin birləşməsidir.
https://www.youtube.com/watch?v=D7-8AEq1-NU&feature=youtu.be
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!