USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva FAO-nun Romada iştirak edib

Sentyabrın 25-də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Romadakı baş ofisində "Azərbaycan otağı"nın açılışı olub.

 

Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri Leyla Əliyeva açılışda iştirak edib.

 

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktorunun müavini Laurent Tomas Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı qarşıladı.

 

Əvvəlcə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktorunun müavini Laurent Tomas ilə görüşü oldu.

 

Görüşdə Heydər Əliyev Fondunun və IDEA İctimai Birliyinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə əməkdaşlığı yüksək qiymətləndirildi, əlaqələrin daha da genişləndirilməsi ilə bağlı müzakirələr aparıldı.

 

Baş direktorun müavininə IDEA, FAO və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə həyata keçirdiyi layihə çərçivəsində Azərbaycanın 11 rayonunda aztəminatlı ailələr üçün salınmış meyvə bağları barədə məlumat verildi.

 

Söhbət zamanı "Sıfır aclıq" Konsepsiyasının icra vəziyyəti ilə bağlı, həmçinin münaqişədən əziyyət çəkən ölkələrdə və Afrika ölkələrində aclığın aradan qaldırılması üçün mümkün əməkdaşlığa dair fikir mübadiləsi aparıldı. Dünyada 870 milyon insanın hələ də aclıq və azqidalanmadan əziyyət çəkdiyi bir vaxtda ərzaq məhsullarının üçdəbir hissəsinin tullantıya getməsinin qəbuledilməz olduğu vurğulandı.

 

Sonra "Azərbaycan otağı"nın açılışı oldu.

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktorunun müavini Laurent Tomas otağın rəmzi açılışını bildirən lenti kəsdilər.

 

FAO ilə Azərbaycanın birgə layihəsi olan bu gözəl otaqda təşkilatın fəaliyyəti üçün bütün şəraitin mövcud olduğunu deyən Laurent Tomas bildirdi ki, burada təşkilatın əməkdaşları ən müasir imkanlardan istifadə edə biləcəklər. "Otaqda ən qabaqcıl texnoloji avadanlıqla yanaşı, Azərbaycanın qədim mədəniyyətini əks etdirən əşyalar da var. Bu mənada otağın alov formalı divarları Odlar diyarını təcəssüm etdirir",- deyən Laurent Tomas otaqda buta naxışını xatırladan dizaynı da qeyd etdi. İclas otaqlarından gözəl mənzərənin açıldığını, mədəni və bədii nöqteyi-nəzərdən otağın çox cəlbedici olmaqla yanaşı, həm də çox praktiki olduğunu söyləyən Laurent Tomas vurğuladı ki, otaq BMT binaları üçün tətbiq olunan ən yüksək təhlükəsizlik tədbirlərinə cavab verir. Laurent Tomas FAO-nin baş direktoru adından təşkilatın öz əhəmiyyətli məqsədlərinə çatması istiqamətində səmərəli fəaliyyət göstərməsi üçün bu faydalı töhfəyə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirdi.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!