20/10/2018 05:50

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9479 0.0259 0.3020


Gündəm

Prezident: Bu gün Azərbaycan dünyada müasir texnologiyaların inkişafında öz dəyərli sözünü deyir


26.09.2018   14:00


İnfrastruktur layihələrimizin icrası və mövcud infrastrukturun qorunması üçün peyklərin böyük əhəmiyyəti var. Kənd təsərrüfatının inkişafı, ekoloji vəziyyətə nəzarət, torpaqlardan səmərəli şəkildə istifadə edilməsi – bütün bu işlərdə “Azərsky” müşahidə peykinin xüsusi rolu var.

ASAN Radio xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “Azərspace 2” peykinin orbitə buraxılması münasibətilə xalqımıza təbrikində deyib.

Prezident vurğulayıb ki, bu gün ölkəmizin həyatında növbəti əlamətdar bir gündür. Azərbaycan qısa müddət ərzində dünyanın kosmik klubunun dəyərli üzvünə çevrilib. Azərbaycan qarşıya qoyduğu bütün vəzifələri uğurla icra edir. Bizim yolumuz inkişaf yoludur, tərəqqi yoludur və bu gün Azərbaycan dünyada müasir texnologiyaların inkişafında öz dəyərli sözünü deyir. “Azərspace 2” telekommunikasiya peykinin orbitə çıxarılması bizim növbəti tarixi qələbəmizdir. Bundan sonra da Azərbaycan yalnız uğurlar, qələbələr yolu ilə gedəcək.




Xəbər lenti

19 Oktyabr











ASAN Radio telefonunuzda
Facebook