USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Belarus Respublikasının nümayəndə heyəti “ASAN xidmət”də

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsi və Belarus Respublikasının “Milli Elektron Xidmət Mərkəzi” unitar Respublika müəssisəsi arasında dövlət xidmətlərinin göstərilməsi, elektron hökumət, xidmətlərin elektronlaşdırılması və sosial innovasiyalar sisteminin yaradılması və inkişafı sahəsində əməkdaşlığın və qarşılıqlı faydalı əlaqələrin inkişaf etdirilməsi məqsədilə görüş keçirilib.

Belarus Respublikasının “Milli Elektron Xidmət Mərkəzi” unitar Respublika müəssisəsinin direktoru İlin Andrey Anatoliyeviçin rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzləri, həmçinin dövlət xidmətləri, viza, ödənişlər və lisenziyaların verilməsi sahəsində görülmüş elektronlaşdırma işləri ilə tanış olub.

Qonaqlara “ASAN xidmət" mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub. Bundan başqa, Dövlət Agentliyinin elektronlaşma sahəsində gördüyü işlər və bunların vətəndaşlar üçün faydaları vurğulanıb.

Diqqətə çatdırılıb ki, bu günədək 24 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. "ASAN xidmət" Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Qonaqlara Dövlət Agentliyinin müxtəlif struktur bölmələri tərəfindən təqdimatlar həyata keçirilib.

Nümayəndə heyəti  “ASAN Kommunal”, “Elektron Hökumət Portalı”, “ASAN Viza”, “ASAN ödəniş”, “ABAD” mərkəzi, “ASAN Radio”, “ASAN Təlim-Tədris Mərkəzi”, “ASAN Wifi”, Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi, həmçinin Səyyar ASAN xidmət təcrübəsi və iş prinsipi ilə də tanış olub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!