USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“ASAN Radio” Dövlət Miqrasiya Xidməti ilə yeni layihəyə start verir

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti (DMX)  və dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radio – “ASAN Radio” birgə yeni layihəyə start verir. “Miqrasiya xidməti” adlanan verilişdə Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətlərinə uyğun olaraq  miqrasiya qaydaları, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, müvəqqəti olma müddətlərinin uzadılması, icazələrin verilməsi, vətəndaşlığa qəbul, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, iş icazələrinin verilməsi və müddətlərinin uzadılması, qanunsuz miqrasiyaya qarşı mübarizə və sair məsələlərlə bağlı faydalı məlumatlar çatdırılacaq.

Dövlət Miqrasiya Xidmətinin əməkdaşları ilə yanaşı ölkədə yaşayan əcnəbilər, əmək fəaliyyəti göstərən əməkçi miqrantlar da verilişdə qonaq olacaqlar.

Yeni layihə ilə bağlı Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “ASAN Radio”nun “QəbuldASAN” verilişində qonaq olarkən bildirib ki: “Biz marağındayıq ki, miqrasiya xidmətlərindən istifadə edən əcnəbi, eyni zamanda vətəndaşlarımız qanunvericilik, tətbiq olunan prosedurlar barədə məlumatlı olsunlar. Çünki bizim təhlillər də göstərir ki, əksər hallarda əcnəbilər sırf məlumatsızlıq səbəbindən miqrasiya qanunvericiliyinin tələblərini pozurlar. Bu səbəbdən müəyyən məsuliyyətə cəlb olunurlar. Bunu aradan qaldırmaq, onların özlərini daha əmin, məlumatlı hiss etmələri üçün belə bir layihəyə ehtiyac var. Hesab edirəm ki, bu veriliş DMX-nin fəaliyyəti ilə bağlı çox böyük dəyər yaradacaqdır və fürsətdən istifadə edib bu təşəbbüsə dəstək olduğunuz üçün “ASAN xidmət”in rəhbərliyinə və ASAN Radioya təşəkkürlər edirəm.” 

Qeyd edək ki, “Miqrasiya xidməti” verilişini hər həftənin çərşənbə günü saat 11.05-də dinləyə bilərsiniz. Verilişdə vətəndaş sualları da qəbul ediləcək.

Müraciət üçün əlaqə: 012-56-56-100 (şəhər), 070-65-56-100 (whatsapp)

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!