USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İndoneziya səfiri zəlzələni "Şah plovu"nun dağılması ilə müqayisə etdi - Eksklüziv/Audio

İndoneziya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bey Fanani ASAN Radioya eksklüziv müsahibə verib. Səfir Azərbaycan dövlətinin humanitar yardımına görə təşəkkür etdi, təbii fəlakətin nəticələri ilə bağlı son məlumatları çatdırdı:

"Sizə öz təşəkkürümü bildirirəm ki, İndoneziya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinə gəlmisiniz. Bu mənim tərəfimdən çox yüksək qiymətləndirilir. Eyni zamanda başsağlığına görə Azərbaycan xalqına, xüsusilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz təşəkkürümü bildirirəm. Belə ki, artıq onlar İndoneziya Respublikasının prezidenti Coko Vidodoya öz başsağlığı məktublarını ötürüblər. Ümid edirəm ki, həmin zəlzələ və sunami nəticəsində yaralananlar tezliklə sağalacaq və yenə öz normal həyatına qayıdacaqlar."

Səfir Hüsnan Bey Fanani bildirib ki, onun Heydər Əliyev fondunun icraçı direktoru Anar Ələkbərovla görüşü olub. Bu görüş birinci xanım Mehriban Əliyevanın göstərişi ilə baş tutub: "Həmin görüş nəticəsində bir daha qeyd olundu ki, Azərbaycan Respublikası, xüsusilə Heydər Əliyev fondu İndoneziyaya yardım göndərəcəkdir. Bu ilk dəfə həyata keçirilən yardım deyil. Belə ki, bundan təqribən 1 ay öncə Lonbok ərazisində də zəlzələ baş vermişdir və həmin zaman da Azərbaycan hökuməti İndoneziyaya böyük yardım əli uzatmışdır."

Səfir Sulavesi adasının dağılmasını milli məxbəximizin "Şah plovu"nun dağılması ilə müqayisə etdi.

Müsahibəni geniş şəkildə bu gün saat 16:05, 20:00-da, oktyabrın 12-si saat 12:05-də ASAN Radioda dinləyə bilərsiz.

Açıqlamadan bir hissə:

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!