Oktyabrın 12-də saat 17:00-da Muzey Mərkəzində Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Film Fondunun təşkilatçılığı ilə Azərbaycan kinosunun 120 illiyinə həsr edilmiş “Azərbaycan kinosu çəkiliş meydançalarında” foto sərgisi keçiriləcək.
Bu barədə Trend-ə “Azərbaycanfilm” kinostudiyasının direktoru, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov məlumat verib.
Onun sözlərinə görə, sərgidə “Azərbaycanfilm” kinostudiyasında qorunub saxlanılan geyimlər və Dövlət Film Fondunda ötən əsrdəki film çəkilişlərində istifadə olunan əşyalar nümayiş etdiriləcək.
Qeyd edək ki, oktyabrın 9-da Dövlət Film Fondunda açılan “Keçmişdən səslər” retro kinotexnika sərgisində 60-70-ci illərin kino çəkilişi meydançasında istifadə olunan 100-dən artıq avadanlıq sərgilənib.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!