USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İİTKM BP ilə anlaşma memorandumu imzaladı

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və BP Azərbaycan şirkəti arasında ölkə iqtisadiyyatının dayanıqlı inkişafına töhfə verilməsi məqsədi ilə qarşılıqlı anlaşma memorandumu imzalanıb. Memorandumu İİTKM-in icraçı direktoru Vüsal Qasımlı və BP Azərbaycanın xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli imzalayıb. 

ASAN Radio bildirir ki, Memorandum ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrinin inkişafına töhfə vermək, dövlət-özəl sektorun inkişaf potensialını gücləndirmək, sosial və dayanıqlı inkişaf üzrə məqsədlərə nail olmaq üçün  qarşılıqlı birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur. 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı imzalanan anlaşma memorandumunun əhəmiyyətində danışaraq bildirib ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı imzalanan anlaşma memorandumunun əhəmiyyətində danışaraq bildirib ki, bu əməkdaşlıqda əsas məqsəd Prezident İlham Əliyevin “qara qızılın insan kapitalına çevrilməsi” ideyasına xidmət etməkdir: “BP ölkəmizin uzunmüddətli tərəfdaşı kimi təkcə neft strategiyasının həyata keçirilməsində deyil, həm də postneft dövrünün quruculuğunda iştirak edir. Bu baxımdan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin BP ilə əməkdaşlığı qeyri-neft sektorunun inkişafına Azexport.az, Rəqəmsal Ticarət Qovşağı, EnterpriseAzerbaijan.com və Bir Pəncərə İxraca Dəstək Mərkəzi vasitəsilə daha çox töhfə verməsinə zəmindir. Yeni qurum kimi İİTKM-in institutsional inkişafında, innovativ yanaşma və beynəlxalq təcrübənin tətbiqində BP ilə əməkdaşlığın dərinləşdirilməsi nəzərdə tutulur.”  

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionunda əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli  isə əlavə edib ki, BP şirkəti Azərbaycanda fəaliyyət göstərdiyi illər ərzində iqtisadiyyatın güclənməsinə və böyüməsinə,dünyanın digər ölkələri ilə yeni kommersiya əlaqələrinin qurulmasına, ən əsası Azərbaycanın dünyanın böyük enerji təchizatçılarından biri kimi öz rolunu qoruyub saxlamasına və Avropa ilə daha səmərəli enerji əlaqələrinin qurmasına yardım etməklə ölkənin gələcək inkişafına öz töhfəsini  verib: “Bugünkü memorandumun imzalanması bizim gələcəkdə dəyərli əməkdaşlıq qurmaq istəyimizin bariz nümunəsidir. Azərbaycanın layiqli korporativ vətəndaşı kimi BP həmişə ölkədə iqtisadiyyatın və biznesin inkişafına və diversifikasiyasına dəstək vermək öhdəliyinə sadiq olub. Biz daim cəmiyyətə müsbət təsir göstərməyin yollarını axtarırıq və fəaliyyət göstərdiyimiz icmalarla dayanıqlı və müsbət əlaqələr qurmağa çalışırıq.”

Qeyd edək ki, memorandumun imza mərasimindən öncə BP Azərbaycan nümayəndə heyəti İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi ilə tanış olublar. Daha sonra onlara Azexport portalı, Rəqəmsal Ticarət Qovşağı, www.enterpriseazerbaijan.com portalı barədə geniş məlumatlar təqdim edilib. BP Azərbaycan şirkətinin nümayəndələri isə bildiriblər ki, Azərbaycanın regionda əsas iqtisadi güc mərkəzinə çevrilməsi iqtisadi islahatların həyata keçirilməsi sahəsində atılan strateji addımların nəticəsində mümkün olub. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!