USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Könüllülər dayanıqlı cəmiyyət formalaşdırırlar” mövzusunda müsabiqə keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və BMT-nin İnkişaf Proqramının təşkilatçılığı, o cümlədən BMT-nin Könüllülər Proqramı,  ADA Universiteti və “Coca-Cola” şirkətinin birgə tərəfdaşlığı ilə “Könüllülər dayanıqlı cəmiyyət formalaşdırırlar” mövzusunda müsabiqə keçiriləcək.

ASAN Radio xəbər verir ki, müsabiqənin məqsədi Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.7.5-ci yarımbəndinə əsasən gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsidir. Həmçinin Davamlı İnkişaf Məqsədlərinə nail olmaq üzrə birgə tədbirlərin gücləndirilməsi və könüllülük fəaliyyətinin təbliğidir. 

Müsabiqədə iştirak etmək istəyən şəxslər öz fəaliyyətlərini ifadə edən hekayə, şəkil, video olmaqla 3 kateqoriyadan biri üzrə müraciət edə bilərlər. 

Münsiflər heyəti tərəfindən dəyərləndirilən 10 ən yaxşı müraciət seçiləcək. Əsas meyarlar kimi isə müraciətin könüllülük fəaliyyəti ilə bağlılığı, aydınlığı, keyfiyyəti, orijinallığı və kreativliyi, həmçinin ümumi bədii təəssürat, auditoriyaya çatdırılan mesaj nəzərə alınacaq. 

Müraciətlərin qəbulu 10 noyabr tarixinədək davam edəcək və qaliblər 5 dekabr tarixində “Beynəlxalq Könüllülər Günü”nə həsr olunmuş Forumda mükafatlandırılacaqlar. 

Müsabiqənin qalibləri üçün mükafat fondu nəzərdə tutulub.

Ətraflı məlumat: bkg2018.asanschool.az

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!