USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Arif Paşayev: Azərbaycan dünyanın azsaylı kosmik ölkələri sırasına daxil olub

Azərbaycan dünyanın azsaylı kosmik ölkələri sırasına daxil olub.

Trend-in məlumatına görə, bunu “CanSat Azerbaijan” müsabiqəsinin qaliblərinin mükafatlandırılmasına həsr olunmuş tədbir zamanı Milli Aviasiya Akademiyasının rektoru, Kosmik Məsələlər üzrə Şuranın sədri, akademik Arif Paşayev deyib.

Qonaqları salamlayan A.Paşayev müsabiqə barədə danışaraq qeyd edib ki, bu müsabiqənin keçirilməsi fikri Təhsil Nazirliyi və “Azərkosmos” ASC-yə aiddir:

“CanSat Azerbaijan” müsabiqəsində ölkənin 11 universitetindən 200-ə yaxın tələbə iştirak edib. Onlardan 66 nəfəri müsabiqənin finalçısı olub. Bu müsabiqədə uduzan yoxdur, çünki iştirakçılar həm mühəndis, həm də proqramçı kimi böyük təcrübə qazanıblar. Mən bütün finalçılara yeni qələbələr arzu edirəm”.

A.Paşayevin sözlərinə görə, müsabiqənin keçirilməsində münsiflər heyətinin böyük əməyi var. Bu heyətə ABŞ-ın Merilend Universitetinin professoru, kosmik tədqiqatlar sahəsində görkəmli alim, akademik Roald Saqdeyev rəhbərlik edib.

Tədbir zamanı R.Saqdeyev “CanSat Azerbaijan” müsabiqəsinin Azərbaycanın orta tədris müəssisələri arasında da keçirilməsini təklif edib:

“Bir neçə il əvvəl Azərbaycan Milli Aviasiya Akademiyasından olan komandalar “CanSat” müsabiqəsi ilə tanış oldular. Bu müsabiqədə, həmçinin ADA Universitetinin tələbələri iştirak etdilər və qeyd etmək lazımdır ki, Bakıdan olan komandalar layiqincə çıxış etdilər. Bundan sonra “Azərkosmos” ASC-nin təşəbbüsü ilə bu fikir Azərbaycanda reallaşdırıldı”.

O xatırladıb ki, 61 il əvvəl ilk peyk buraxılıb və elə o zaman mühəndislər fikirləşib ki, bu prosesi müşahidə etmək üçün geniş kütlə cəlb olunması arzuolunandır:

“Bütün dünyada radio həvəskarları bu peykdən siqnallar almağa başladı. Bu ənənə davam edir. Sonra kosmik proqramın inkişafı ilə çoxlu həvəskarlar meydana çıxdı. NASA mütəxəssisləri ABŞ tələbələri üçün xüsusi müsabiqələr keçirmək qərarına gəldi, bir müddət sonra isə digər ölkələrdən tələbələr dəvət edildi. Müsabiqə “CanSat” adını aldı”.

R.Saqdeyev əlavə edib ki, müsabiqə böyük populyarlıq qazandı və bir müddət sonra Rusiyada təşkil olundu:

“Azərbaycanda “CanSat” müsabiqəsində komandalar mikropeyk dizaynı fikirləşməli və onu maket şəklində hazırlayıb münsiflərə nümayiş etdirməli idi. Birinci mərhələnin yekununda 10 komanda dəvət olundu. Mikropeyklərin buraxılışı sentyabrda keçirildi. Havanın küləkli olmasına baxmayaraq, yarış uğurla keçdi. Bu müsabiqədə uduzan yoxdur. Əminəm ki, bu yaradıcı müsabiqə ənənəyə çevriləcək və iştirakçıların sayı çoxalacaq”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!