USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan Beynəlxalq Bankının yeni imic çarxı - VİDEO

Azərbaycan Beynəlxalq Bankı “Ölkəmin bankı” konsepti çərçivəsində, “Birlikdə dəyər yaradırıq!” şüarı altında hazırlanmış yeni imic çarxını ictimaiyyətə təqdim edib. Videoçarx Azərbaycan həyatında mühüm rola malik bu bankın dünənini, bugünkü inkişaf dövrünü və gələcəyə baxışlarını əks etdirir.

ASAN Radio xəbər verir ki, burada müasir dövlət bankı olaraq Azərbaycan Beynəlxalq Bankının, reallaşmasında yaxından iştirak etdiyi irimiqyaslı layihələrə, universal bank kimi ölkənin hər yerində ən müxtəlif müştəri seqmentləri üçün yaratdığı çeşidli imkanlara diqqət yönəlir. Bankın öz geniş xidmət şəbəkəsi ilə hər kəs üçün əlçatanlığı, müştəriyönümlülüyü, bütün ölkə insanlarının doğma bankı olması vurğulanır.

Bu doğmalığı əks etdirməkdən ötrü orijinal bir tərz seçilib. Belə ki, imic çarxı bankın 1997-ci ildə quraşdırdığı birinci bankomatının dilindən maraqlı hekayətin nəqli ilə başlanır. Bu, həm də ölkəmizin birinci milli prosessinq mərkəzi (Azərikard) üzərindən xidmət göstərən və Azərbaycan dövlətinə məxsus olan ilk bankomatdır. Birlikdə yaşanan zamana bu bankomatın nəzərləri ilə baxılır. Ölkəmizin insanları ilə birgə yaradılan dəyərlər simvollaşdırılır.

Videoçarxda unudulmaz bəstəkarımız Asəf Zeynallının “Ölkəm” əsərindən istifadə edilməsi onun məzmununu daha da gücləndirir. Yeni aranjimanda təqdim olunan musiqi, mətn və təsvir həlli ilə ümumi harmoniya yaradır.

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri vəzifəsini icra edən Abbas İbrahimov bildirib: “Bu imic çarxı, ilk növbədə, Azərbaycan Beynəlxalq Bankına daim dəstək verən dövlətimizə, hər zaman yanımızda olan ölkəmizin insanlarına minnətdarlığımızın ifadəsidir. Bu doğma münasibət bankı gücləndirir, onu inkişafa yönəldir. Elə imic çarxının məqsədi də cəmiyyətimizin diqqətini müasir dövlət bankı olaraq bu gün Azərbaycan Beynəlxalq Bankında baş verən müsbət proseslərə yönəltməkdir. Bank bizə inanan tərəfdaşlarımızın, müştərilərimizin inamını doğrultmaqdan ötrü günbəgün yenilənir, çətinlikləri keçmişdə buraxaq yeni nailiyyətlərə doğru irəliləyir”.

İmic çarxını Azərbaycanın tanınmış prodakşn mərkəzlərindən olan “Cinealliance” şirkəti Aleksey Lamaxın rejissorluğu ilə hazırlayıb. Azərbaycan Beynəlxalq Bankı çəkilişlərə göstərilən dəstəyə görə dəyərli tərəfdaşları SOCAR-a, o cümlədən “Azərikimya” İstehsalat Birliyinə, “Azərbaycan Hava Yolları” QSC-ə, “Azərbaycan Dəmir Yolları” QSC-yə və “Baku Steel Company”  MMC-ə təşəkkürünü bildirir.

Sözügedən video çarxı təqdim edirik: 

https://www.youtube.com/watch?time_continue=1&v=26Oh-yNVROk

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!