USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Əl-Cəridə” qəzeti: Azərbaycan ilə Küveyt arasında sıx münasibətlər qurulub

Küveytdə gündəlik ərəb dilində nəşr olunan və böyük oxucu auditoriyasına malik “Əl-Cəridə” qəzetinin 17 oktyabr tarixli buraxılışında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümü ilə bağlı məqalə dərc edilib.

Bu barədə AZƏRTAC-a Azərbaycanın Küveytdəki səfirliyindən məlumat verilib.

Məqalədə 1991-ci ilin oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin yenidən bərpa edildiyi bildirilir. Sovet İttifaqının dağılması ilə öz müstəqilliyini bərpa edən Azərbaycan ilə Küveyt arasında sıx və güclü münasibətlərin qurulduğu və hər iki ölkədə diplomatik nümayəndəliklərin fəaliyyət göstərməyə başladığı, bu müddət ərzində iki ölkə arasında siyasi, iqtisadi-ticarət, mədəniyyət və digər müxtəlif sahələrdə əlaqələrin gücləndiyi, Küveyt şirkətlərinin Azərbaycanda müxtəlif sahələrə sərmayə yatırdığı qeyd olunub.

Yazıda, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin mövqeyinin dəstəklənməsi məsələsində Küveyt dövlətinin mühüm rol oynadığı bildirilir. Ermənistanın işğalı nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş bir milyondan çox məcburi köçkün və qaçqına Küveyt tərəfindən humanitar yardımın göstərildiyi, o cümlədən beynəlxalq təşkilatların erməni təcavüzünü pisləyən bütün qətnamələrinin Küveyt tərəfindən dəstəkləndiyi diqqətə çatdırılır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!