USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Uşaq Avroviziya 2018"də təmsilçimizin səsləndirəcəyi mahnı təqdim olunub

Oktyabrın 17-də İctimai Televiziya və Radio Yayımları Şirkətində (İTV) ölkəmizin Belarusun paytaxtı Minskdə keçiriləcək “Uşaq Avroviziya 2018" mahnı müsabiqəsində iştirakına dair təqdimat keçirilib.

ASAN Radio xəbər verir ki, təqdimat mərasimində İTV-nin Mərkəzi Aparatının rəhbəri Faiq Qürbətov, televiziyanın musiqi, bədii və xüsusi layihələr departamentinin rəhbəri Leyla Quliyeva və ölkəmizi müsabiqədə təmsil edəcək Fidan Hüseynova, mahnının müəllifləri - bəstəkar İsa Məlikov və Azərbaycan dili versiyasının söz yazarı Aytən İsmixanova, həmçinin klipin yaradıcı heyəti, quruluşçu rejissoru Aleksey Krupina, əlaqələndiricisi Maksim Tsurkov iştirak ediblər.

Leyla Quliyeva bildirib ki, bu gündən etibarən müsabiqədə xüsusi mərhələ başlayır. “Beynəlxalq tədbirdə Fidan Hüseynovanın ifasında təqdim ediləcək “Sənin kimi olmaq” klipi artıq oktyabrın 16-dan müsabiqənin “YouTube” kanalına yerləşdirilib. Müsabiqənin şərtlərinə görə, mahnının böyük hissəsi ifaçının öz dilində olmalıdır. Buna görə də sözlərin 60 faizi Azərbaycan, 40 faizi isə ingilis dilindədir”.

Diqqətə çatdırıb ki, istedadlı ifaçı Fidan Hüseynova 2005-ci ildə anadan olub. Bir çox müsabiqələrdə Azərbaycanı uğurla təmsil edən Fidan hazırda Bakıdakı “Oksford” məktəbinin 6-cı sinif şagirdidir, həmçinin o, T.Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbində təhsil alır.

Fidanın uğurları haqqında danışan Leyla Quliyeva əlavə edib ki, o, 2017-ci ilin mart ayında İtaliyanın “Testene Art Baku” beynəlxalq incəsənət festivalında iştirak edərək 9-12 yaş arası uşaqlar arasında vokal ifaçılığı üzrə birinci yeri qazanıb. Həmçinin “Sanremo Junior 2018” festivalında iştirak edərək üçüncü yerə layiq görülüb. O, fransalı müğənni Lara Fabianın Bakı və İstanbul konsertlərində eyni səhnəni bölüşərək hər kəsin rəğbətini qazanıb. Fidan Hüseynovanın adı 2016-cı ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanın gənc istedadlarının “Qırmızı kitab”ına salınıb və Prezident təqaüdünə layiq görülüb.

İTV-nin Mərkəzi Aparatının rəhbəri Faiq Qürbətov qeyd edib ki, mahnıda Fidan öz arzularından və xəyali qəhrəmanından bəhs edir. O, bu naməlum qəhrəmana bənzəmək üçün məqsədinə doğru necə addımladığından danışır.

Sonra Sənin kimi olmaq mahnısı və mahnının promoçarxı təqdim olunub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!