USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Prezident İlham Əliyev İtaliya Senatı sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 18-də İtaliya Respublikası Senatının sədri xanım Maria Elisabetta Alberti Kasellatinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

ASAN Radio xəbər verir ki, dövlət başçısı Azərbaycan ilə İtaliya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayaraq yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsindən və bütövlükdə siyasi əlaqələrimizin çox yüksək səviyyədə olmasından məmnunluğunu bildirdi. “İqtisadi sahədə İtaliya bizim üçün birinci ticarət tərəfdaşıdır”, - deyən dövlətimizin başçısı bir çox İtaliya şirkətlərinin Azərbaycanda müxtəlif layihələr icra etdiyini və onlardan birinin bu il İtaliya və Azərbaycan prezidentlərinin iştirakı ilə ölkəmizdə açıldığını bildirdi. Prezident İlham Əliyev ölkələrimizin energetika sahəsində əməkdaşlıq etdiyini, mədəniyyət sahəsində əlaqələrimizin gözəl nəticələr verdiyini dedi. Dövlətimizin başçısı münasibətlərimizin hərtərəfli inkişafı üçün parlamentlərarası əlaqələrin böyük rol oynadığını vurğulayaraq bu əməkdaşlığın həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla həyata keçirildiyini bildirdi. Prezident İlham Əliyev əlaqələrimizin möhkəmlənməsində ölkələrimiz tərəfindən qəbul edilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin rolunu qeyd etdi. Dövlətimizin başçısı İtaliya Respublikası Senatının sədri xanım Maria Elisabetta Alberti Kasellatinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin strateji tərəfdaşlıq əlaqələrimizin daha da inkişaf etdirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini bildirdi.

Qonaqpərvərliyə və xoş sözlərə görə minnətdarlığını bildirən İtaliya Respublikası Senatının sədri xanım Maria Elisabetta Alberti Kasellati dedi: “Biz bilirik ki, Azərbaycan həm ənənə, həm də mədəniyyət baxımından çox zəngin ölkədir. Təbii ki, mənim səfərim iki ölkə arasında olan dostluq əlaqələrinin bir daha təsdiqidir”.

İkitərəfli münasibətlərimizin inkişafında ölkələrimiz arasında həyata keçirilən yüksək səviyyəli səfərlərin önəminə toxunan İtaliya Senatının sədri öz səfərinin də əlaqələrimizin inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirdi. Ölkələrimiz və xalqlarımız arasında bir çox oxşarlığın olduğunu bildirən italiyalı qonaq dedi: “Azərbaycanda müxtəlif millətlərin dinc birgə yaşaması onu göstərir ki, İtaliya ilə Azərbaycan bu sahədə də uğurlu əməkdaşlıq həyata keçirə bilərlər”.

Görüşdə sənaye, enerji, neft-kimya, mədəniyyət, infrastruktur, kənd təsərrüfatı, ekologiya sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!