USD - 1.7 EUR - 1.9105 RUB - 0.0266 TRY - 0.2917 DAHA ÇOX
SON DƏQİQƏ
Problemli kreditlərlə bağlı ödənişlərin veriləcəyi tarix məlum olub Pirallahıda avtomobil yollarının yenidən qurulmasına 1,9 milyon manat ayrılıb Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaq və gənclərin əl işlərindən ibarət sərgidə - FOTOLAR Messi həftənin ən yaxşı futbolçusu seçildi Səyyar “ASAN xidmət” Qazaxda
Sabaha gözlənilən hava məlumatı

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ASAN Radioya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək.

 

Havanın temperaturunun Abşeron yarımadasında gecə 14-17, gündüz 19-22, Bakıda gecə 15-17, gündüz 20-22 dərəcə isti olacağı gözlənilir.

 

Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.

 

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Zəif şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 11-16, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti təşkil edəcək.

 

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında mülayim hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio