USD - 1.7 EUR - 1.9369 RUB - 0.0256 TRY - 0.3176 DAHA ÇOX
SON DƏQİQƏ
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib Aİ Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqların konkret nəticələrini səbirsizliklə gözləyir “Azeri Light”ın bir barrelinin qiyməti 64 dolları ötüb “ASAN xidmət” mərkəzlərində 20 Yanvar şəhidləri anılıb Bəzi avtobusların hərəkət trayektoriyası dəyişdiriləcək
İtaliya Senatının sədri Heydər Əliyev Mərkəzində olub

Ölkəmizdə səfərdə olan İtaliya Respublikası Senatının sədri xanım Maria Elisabetta Alberti Kasellati oktyabrın 19-da Heydər Əliyev Mərkəzini ziyarət edib.

AZƏRTAC xəbər verir ki, qonaq əvvəlcə Heydər Əliyev Muzeyi ilə tanış olub. Qeyd edilib ki, muzeydə ümummilli lider Heydər Əliyevin irsi və Azərbaycan tarixinə dair materiallar təqdim edilir. İnteraktiv formada təqdim edilən foto və video materiallar ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti, Azərbaycan tarixinin müxtəlif dövrləri üzrə geniş məlumat əldə etməyə imkan yaradır.

Daha sonra Maria Elisabetta Alberti Kasellati Azərbaycan xalqının böyük oğlu, sərkərdəsi və şairi Şah İsmayıl Xətaiyə həsr edilmiş “Əbədiyyət xəzinəsi” adlı sərgi ilə tanış olub.

Senatın sədrinin diqqətinə çatdırılıb ki, “Əbədiyyət xəzinəsi” sərgisi Heydər Əliyev Fondu, Florensiyanın Uffizi Qalereyası, Heydər Əliyev Mərkəzi, İtaliyanın Mədəniyyət və Turizm Nazirliyi və İtaliyanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə təşkil edilib. Bu sərgi tamaşaçını Şah İsmayılın və onun oğlu və varisi Şah Təhmasibin hakimiyyətdə olduqları dövrlərə aparır.

Sərginin eksponatları arasında Şah İsmayılın və Şah Təhmasibin möhürlərinin izləri, habelə Cənubi Azərbaycan vilayətlərindən birində iqtisadi işlərin normallaşdırılması haqqında 1502-ci ildə çıxarılan Fərmanın fotoşəkli də var. XV-XVI əsrlərin Təbriz məktəbinin miniatürlərinin təsviri ilə videoproyeksiya, müasir sənətkarların Şah İsmayıla həsr edilən əsərləri, görkəmli Azərbaycan bəstəkarı Müslüm Maqomayevin “Şah İsmayıl” operasından səhnələrin fotoşəkilləri, o dövrün həyatından xəbər verən müasir interpretasiya kimi videoinstalyasiya – bütün bunları bugünkü ekspozisiya çərçivəsində görmək mümkündür.

Şah İsmayılın və onun oğlu Şah Təhmasibin Florensiyanın Uffizi qalereyasının ilk dəfə Azərbaycana gətirilən iki orijinal portreti qonaqda maraq doğurub. Kristofano Dell’Altissimonun müəllifi olduğu bu portretlər sərginin mərkəzi eksponatları olmaqla bütün ekspozisiyanın ruhunu təşkil edir.

Sonra xanım Maria Elisabetta Alberti Kasellati Heydər Əliyev Mərkəzindəki “Mini Azərbaycan” sərgisinə baxıb. Qonağa məlumat verilib ki, bu sərgidə Azərbaycanın tarixi və memarlıq binalarının maketi vasitəsilə ölkənin zəngin memarlıq nümunələrini görmək imkanı var.

Maria Elisabetta Alberti Kasellati Heydər Əliyev Mərkəzindəki sərgilərlə tanışlıqdan məmnun qaldığını bildirib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio