USD - 1.7 EUR - 1.9105 RUB - 0.0266 TRY - 0.2917 DAHA ÇOX
SON DƏQİQƏ
Problemli kreditlərlə bağlı ödənişlərin veriləcəyi tarix məlum olub Pirallahıda avtomobil yollarının yenidən qurulmasına 1,9 milyon manat ayrılıb Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaq və gənclərin əl işlərindən ibarət sərgidə - FOTOLAR Messi həftənin ən yaxşı futbolçusu seçildi Səyyar “ASAN xidmət” Qazaxda
Hindistanda dəmir yolunda baş verən qəzada həlak olanların sayı 61 nəfərə çatıb

Hindistanın şimal-qərbində yerləşən Pəncab əyalətinin Amritsar şəhəri yaxınlığında qatarın dini bayramda iştirak edən insanları vurması nəticəsində ən azı 61 nəfər həlak olub, 72 nəfər yaralanıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, qəza baş verən zaman dəmir yolu xətlərinin üzərində 700-dək insan olub. Onlar “Ramayana” eposunun qəhrəmanlarından biri - Ravananın müqəvvasının yandırılması mərasimini izləyirmiş.

Hadisə axşam saatlarında baş verdiyi üçün yüksək sürətlə hərəkət edən qatarın sürücüsü izdihamı görməyib, insanlar isə mərasimdəki səs-küy səbəbindən qatarın yaxınlaşdığını hiss etməyiblər.

Faciə ilə əlaqədar Pəncab əyalətində matəm elan olunub. Hökumət həlak olanların ailələrinə 500 min rupi (təxminən 6,8 min dollar) həcmində təzminat ödənilməsi barədə göstəriş verib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio