20/11/2018 20:23

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9459 0.0259 0.3191


İdmandasan

Rafael Ağayev dünya çempionatına qələbə ilə başlayıb


07.11.2018   15:51


İspaniyanın paytaxtı Madriddə karate üzrə 24-cü dünya çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, yarışın ilk günündə beşqat dünya çempionu Rafael Ağayev tatami üzərinə çıxıb. O, Qvatemala idmançısı Allan Maldonado ilə görüşüb. Döyüş R.Ağayevin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Karateçimiz növbəti mərhələdə argentinalı Xulio İçiki ilə qarşılaşacaq.

Qeyd edək ki, fərdi yarışların ikinci günündə daha 6 karateçimiz tatamiyə çıxacaq.














ASAN Radio telefonunuzda
Facebook