20/11/2018 19:39

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9459 0.0259 0.3191


Mədəniyyət

Beyons azərbaycanlı dizaynerin kolleksiyasından geyindi


08.11.2018   12:45


Dünya şöhrətli ifaçı Beyons azərbaycanlı dizayner Rüfət İsmayılın kolleksiyasına müraciət edib.

AZƏRTAC verir ki, bu barədə Rüfət İsmayıl özü sosial media hesabında məlumat verib. “Beyonsu 2019-cu ilin dəbli idman geyimində görmək məni həyəcanlandırdı”, - deyə Rüfət İsmayıl şəxsi “İnstagram” səhifəsində yazıb.

Qeyd edək ki, Rüfət İsmayıl “Affair” brendinin yaradıcısıdır. Rüfət İsmayıl kolleksiyaları Milan, İtaliya, Nyu-York, Dubay, Türkiyə və İran moda həftələri kimi möhtəşəm tədbirlərdə nümayiş etdirilən ilk və yeganə Azərbaycan və Türkiyə dizayneridir. Dizaynerin kolleksiyalarından birinin dünya moda sənayesinin əsas mərkəzi – “Pitti Uomo”da təqdim edilməsi onun beynəlxalq miqyasda istedadlı bir insan kimi tanınmasının göstəricisidir. Türkiyə Moda Dizaynerləri Assosiasiyası azərbaycanlı modelyer Rüfət İsmayılı “Türkiyənin ən yaxşı dizayneri-2018” mükafatına layiq görüb. Önun geyimləri Nyu-York Moda Həftəsində nümayiş olunub.

 














ASAN Radio telefonunuzda
Facebook