Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində IV turun oyunları keçiriləcək.
“Report” xəbər verir ki, Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Qarabağ” Ukraynada “Vorskla” ilə üz-üzə gələcək. Ağdam təmsilçisinin E qrupundakı rəqibi İngiltərə “Arsenal”ı Portuqaliyanın “Sportinq” klubunu qəbul edəcək.
Azərbaycan milli komandasının futbolçusu Riçard Almeydanın çıxış etdiyi Qazaxıstan “Astana”sı IV matçını evdə keçirəcək. Komandanın rəqibi Çexiyanın “Yablonets” kollektivi olacaq.
Türkiyə təmsilçilərindən “Beşiktaş” səfərdə Belçika “Cenk”i, “Fənərbağça” isə evdə eyni ölkənin “Anderlext” klubu ilə münasibətlərə aydınlıq gətirəcək.
Qonşu ölkənin digər klubu “Akhisarspor” isə İspaniyanın “Sevilya” komandası ilə evdəki matçda sensasiyaya imza atmağa çalışacaq.
Bu mərhələdə "Qarabağ"ın qrupdakı rəqibi “Arsenal”la yanaşı, “Ayntraxt” (Almaniya), “Latsio” (İtaliya), “Çelsi” (İngiltərə), “Sürix” (İsveçrə), “Bayer” (Leverkuzen, Almaniya), “Zaltsbuq” (Avstriya), “Leyptsiq” (Almaniya), “Dinamo” (Zaqreb, Xorvatiya) və “Betis” (İspaniya) klubları da 1/16 final mərhələsinə vəsiqəni təmin edə bilərlər.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!