USD - 1.7 EUR - 1.9254 RUB - 0.0256 TRY - 0.317 DAHA ÇOX
SON DƏQİQƏ
Azərbaycanda 200 manatlıq əskinasların dövriyyədə olan həcmi açıqlanıb Özbəkistandan Azərbaycana gətirilən 31 ton kişmiş zərərsizləşdirilib BŞTİ: Məktəblərdə Yeni il şənliyi üçün pul yığılması yolverilməzdir Dövlət Agentliyinin kollektivi Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib Tramp və ailəsi barəsində araşdırmalar aparılacaq
Sahil Babayev: 2019-cu ildə əmək pensiyaçılarının orta sayının 1 milyon 294 min nəfər olacağı proqnozlaşdırılır

Azərbaycanda sosial təminat sisteminin bütün istiqamətləri üzrə ödənişlərin davamlı artımına, bu sistemin əhatə dairəsinin genişləndirilməsinə nail olunmaqla dövlət başçısının tapşırıqları əsasında özünəməşğulluq proqramlarının icrasında aztəminatlı və həssas qruplar üçün dövlət dəstəyi, kiçik ailə təsərrüfatlarının biznesə çıxış imkanlarının yaradılması, onların ünvanlı sosial yardım proqramlarından asılılığının azaldılması və digər işlər geniş vüsət alıb.

Bunu əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev Milli Məclisin plenar iclasında çıxışı zaman deyib.

S.Babayev bildirib ki, pensiya və müavinəti sosial yardım formasında ödənişlərlə təmin olunan 2.1 milyona yaxın insanı və ya ölkə əhalisinin təqribən 21 faizini əhatə edən sosial təminat sisteminin gücləndirilməsi və onun uzunmüddətli inkişafı üçün korrupsiya, süründürməçilik hallarından uzaq, tam şəffaf və sosial ədalət prinsipini təcəssüm etdirən və vətəndaş məmnunluğuna səbəb olan sosial təminat sisteminin qurulması islahatlar paketinin əsas hədəfini təşkil edir.

Nazir bildirib ki, hazırda ölkədə sosial müdafiə sistemi vasitəsilə 1 milyon 309 min nəfər əmək pensiyası, 509 min nəfər müxtəlif müavinətlər, 64 min nəfər Azərbaycan Prezidentinin təqaüdlərini, 50.2 min ailənin 200 mindən yuxarı üzvü isə sosial yardım alır. Onlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hər ay 340 milyon manatdan çox vəsait ödənilir:

"Apardığımız hesablamalara görə, 2019-cu ildə demoqrafik inkişaf meyilləri, əhalinin məşğulluğu və sosial vəziyyətinin göstəriciləri, eləcə də pensiya qanunvericiliyində son dəyişikliklər nəzərə alınmaqla sığorta pensiya sisteminin əsas parametrləri aşağıdakı kimi gözlənilir: doğulanların sayı 150 min nəfər, doğulanda gözlənilən ömrün uzunluğunun qadınlar üçün 78, kişilər üçün 73.5 yaş təşkil edəcək. Bundan başqa, iqtisadiyyatla məşğul olanların sayı 4 milyon 994 min nəfər olacaq. Muzdlu işçilərin orta illik sayının 1 milyon 548 min nəfər olacağı proqnozlaşdırılır. Proqnozlar 2019-cu ildə əmək pensiyaçılarının orta sayının 1 milyon 294 min nəfər olacağını göstərir".

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio