USD - 1.7 EUR - 1.9254 RUB - 0.0256 TRY - 0.317 DAHA ÇOX
SON DƏQİQƏ
Azərbaycanda 200 manatlıq əskinasların dövriyyədə olan həcmi açıqlanıb Özbəkistandan Azərbaycana gətirilən 31 ton kişmiş zərərsizləşdirilib BŞTİ: Məktəblərdə Yeni il şənliyi üçün pul yığılması yolverilməzdir Dövlət Agentliyinin kollektivi Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib Tramp və ailəsi barəsində araşdırmalar aparılacaq
24 saat çalışmağa hazır virtual televiziya aparıcısı təqdim olunub

Çinin Xinhua adlı əsas informasiya agentliyi virtual televiziya aparıcıları komandasını təqdim edib. Onların arasında Çində məşhur televiziya aparıcısı Zhang Zhao-nun rəqəmsal kopyası da var. Real prototipdən fərqlənməyən rəqəmsal süni zəka kopyası ilk çıxışında qeyd edib ki, texnologiyaların inkişafı bir yerdə dayanmır və bundan sonra aparıcı alqoritmlər real aparıcılar ilə birlikdə çalışacaqlar. Xinhua agentliyinin virtual aparıcılarının rəqəmsallaşdırılmasında Çinin Sugou adlı axtarış servisi kömək edib.

ASAN Radio xarici mediaya istinadən bildirir ki, hal hazırda iki virtual aparıcı var. Onlardan biri çinlilər üçün fəaliyyət göstərəcək, digəri isə beynəlxalq yayımlarda digər izləyicilər üçün fəaliyyət göstərəcək. Bu virtual aparıcılar World Internet Conference forumunda təqdim olunublar. Məlumata əsasən virtual alqoritm real aparıcının görünüşünü, səsini və üz mimikalarını əldə edib. Süni zəka aparıcıları yalnız bəzi platformalarda fəaliyyət göstərəcəklər. Xinhua agentliyi bildirib ki, bundan sonra xəbərlər operativ olmaqla yanaşı həmdə onların çəkilməsi ucuz başa gələcək. Belə ki, virtual aparıcılar üçün xüsusi studio və ya qrim kimi özəlliklər lazım deyil.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio