USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakı Nəqliyyat Agentliyi əhalini sosial şəbəkələrdə fəal olmağa dəvət edib

Əhaliyə həm keyfiyyət, həm də təhlükəsizlik baxımından müasir standartlara uyğun nəqliyyat xidmətlərinin göstərilməsi Bakı Nəqliyyat Agentliyinin (BNA) əsas prioritetlərindəndir. İstər yol hərəkətinin təşkili, istərsə də müntəzəm sərnişindaşıma istiqamətində atılan bütün addımlarda vətəndaşa xidmət əsas prinsip olaraq müəyyənləşdirilib.

ASAN Radio xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin "facebook" sosial şəbəkəsindəki müraciətində bildirilib.

“Qarşıya qoyulan hədəfə nail olunması yolunda ən böyük dəstəkçimiz də elə vətəndaşlar, xüsusilə ictimai fəal insanlar, media nümayəndələri olub. Bəzən piyada, sərnişin, sürücü kimi nəqliyyat xidmətlərindən istifadə edən media nümayəndələri və fəal sosial şəbəkə istifadəçiləri rastlaşdığı çatışmazlıqları vaxtında, eyni zamanda, obyektiv işıqlandırır ki, bu da problemin vaxtında aşkar edilərək aradan qaldırılması baxımından əhəmiyyətlidir. Məhz müxtəlif KİV-də və sosial şəbəkələrdə ictimailəşdirilən məlumatlar əsasında müxtəlif yollarda nəqliyyat şəraiti yaxşılaşdırılır, yeni dayanacaq məntəqələri, uyğun olan yerlərdə piyada keçidləri təşkil edilir, marşrut xətləri üzrə avtobusların hərəkət sxemi dəyişdirilir. Bütün bunlar isə, öz növbəsində, paytaxtın nəqliyyat sisteminin inkişafı və təkmilləşməsi baxımından vacib amildir. İctimai nəzarətin vacibliyini və ümumi inkişafa müsbət təsirini nəzərə alaraq KİV nümayəndələrini, eyni zamanda, sosial şəbəkə istifadəçilərini daha fəal olmağa dəvət edirik”, - deyə BNA-nın müraciətində deyilir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!