USD - 1.7 EUR - 1.9254 RUB - 0.0256 TRY - 0.317 DAHA ÇOX
SON DƏQİQƏ
Azərbaycanda 200 manatlıq əskinasların dövriyyədə olan həcmi açıqlanıb Özbəkistandan Azərbaycana gətirilən 31 ton kişmiş zərərsizləşdirilib BŞTİ: Məktəblərdə Yeni il şənliyi üçün pul yığılması yolverilməzdir Dövlət Agentliyinin kollektivi Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib Tramp və ailəsi barəsində araşdırmalar aparılacaq
Putin Ərdoğanla tarixi tədbirdə

İstanbulda səfərdə olan Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birlikdə “Türk axını” qaz boru kəmərinin dəniz hissəsinin tikintisinin başa çatmasını qeyd ediblər.

Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiyanın enerji nəhəngi “Qazprom” şirkəti dəyəri 7 milyard dollara yaxın “Türk axını” layihəsinin dəniz hissəsindəki işlərini artıq tamamlayıb. Bu münasibətlə İstanbulda Putin və Ərdoğanla yanaşı, bir sıra ölkələrin yüksək vəzifəli hökumət nümayəndələri iştirak ediblər. 

Mərasimdə Azərbaycanı energetika naziri Pərviz Şahbazov təmsil edib.

Qeyd edək ki, Rusiya təbii qazının Türkiyəyə və daha sonra cənubi və cənub-şərqi Avropa ölkələrinə nəqlini nəzərdə tutan “Türk axını” boru kəmərinin ötürücülük qabiliyyəti ildə 31,5 milyard kubmetrdir. Ümumi uzunluğu 1100 kilometr olacaq “Türk axını” boru kəmərinin dənizdən keçən hissəsi 937 kilometrdir. “Türk axını” ilə Türkiyənin təbii qaza olan hazırkı tələbatının təxminən 35 faizi ödənəcək. Tikintisinə 2017-ci ilin 21 fevralında başlanan boru kəməri ilə qazın ilk nəqli 2019-cu ilin sonunda baş tutacaq. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio