USD - 1.7 EUR - 1.9254 RUB - 0.0256 TRY - 0.317 DAHA ÇOX
SON DƏQİQƏ
Azərbaycanda 200 manatlıq əskinasların dövriyyədə olan həcmi açıqlanıb Özbəkistandan Azərbaycana gətirilən 31 ton kişmiş zərərsizləşdirilib BŞTİ: Məktəblərdə Yeni il şənliyi üçün pul yığılması yolverilməzdir Dövlət Agentliyinin kollektivi Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib Tramp və ailəsi barəsində araşdırmalar aparılacaq
Həmsədrlər nazirlərin görüşü barədə bəyanat yaydı

Milanda keçirilən ATƏT Nazirlər Şurasının iclası çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədr ölkələri (Rusiya, ABŞ, Fransa) Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla və Ermənistanın xarici işlər nazirinin səlahiyyətlərini icra edən Zohrab Mnatsakanyanla Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli və uzunmüddətli həlli istiqamətində işləri davam etdirəcəkləri barədə razılığa gəldilər.

ASAN Radio xəbər verir ki, həmsədr ölkələr sentyabrda Müstəqil Dövlətlər Birliyinin (MDB) Düşənbədəki sammiti çərçivəsində Ermənistan və Azərbaycan liderləri arasındakı söhbətdən sonra atəşkəsin pozulma halları və itkilərin əhəmiyyətli dərəcədə azalmasını təqdir ediblər. 

Vasitəçilər tərəfləri Düşənbədə əldə olunan anlaşmaların tətbiqini davam etdirməyə və öz xalqlarını sülhə hazırlamaq üçün konkret tədbirlər görməyə çağırıb. Həmsdər ölkələr ümid etdilər ki, münaqişənin ədalətli və davamlı həllini təşviq etmək yolunda gələcəkdə Azərbaycan və Ermənistan liderləri arasında yüksək səviyyəli və nəticəyönümlü intensiv dialoq baş tutacaq. 

Azərbaycanın xarici işlər naziri və Ermənistanın xarici işlər naziri səlahiyyətlərinin icraçısı münaqişənin sülh yolu ilə nizamlanmasını və gərginliyin daha da azaldılmasını təşviq etmək üçün intensiv iş aparacaqlarını təsdiqləyiblər. Bu məqsədlə və yüksək səviyyəli danışıqları təşviq etmək üçün nazirlər ATƏT-in Minsk qrupunun mandatı altında 2019-cu ilin əvvəlində yenidən görüşmək barədə razılığa gəliblər. 

Tərəflər münaqişənin həlli istiqamətində həmsədr ölkələrin aktiv iştirakını və yaxşı niyyətli vasitəçilik səylərini, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin fəaliyyətini təqdir ediblər. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio